Ronaldo barədə yeni İDDİA:

Kriştiano Ronaldo “Mançester Yunayted”dən ayrılacağını əvvəlcədən dəqiq bilirmiş.

Metbuat.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat paylaşıb. Bildirilir ki, “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozduğunu açıqlayandan hələ bir neçə gün əvvəl, o şəxsi əşyalarını klubun bazasından götürüb. Beləliklə, “Mançester Yunayted”in müqaviləni pozduğunu açıqlamasından sonra Ronaldo klubun bazasına qayıtmayıb.

Qeyd edək ki, “Mançester Yunayted”in Ronaldo ilə müqaviləni pozmasına səbəb onun qalmaqallı müsahibəsi olub. Tərəflər arasında münasibətlər buna qədər gərgin idi. Ronaldo əsas heyətə düşməməsinə etiraz olaraq oyun bitmədən stadionu tərk etmişdi. Ardınca o heyətdən qovulmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR