Tanınmış müğənni Təranə qızı Qumralın həyat yoldaşına paytaxtın tanınmış məkanlarından birində təmtəraqlı ad günü keçirib.
Metbuat.az xəbər verir ki, müğənninin kürəkəni Natiqə sürprizi bununla da yekunlaşmayıb.
Təranə kürəkəninə ən bahalı saat markalardan olan "Rolex"dən saat hədiyyə edib. Sənətçi saatın üzərinə "Qaynanasından Natiqə hədiyyə" sözlərini də yazdırıb.
Qeyd edək ki, sözügedən "Rolex"in qiyməti təxminən 15 min dollar - 25 min manatdır.