Türkiyəli futbolçu Çağlar Söyünçü “Lester Siti” ilə müqaviləsini uzatmayacaq.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə “Atletiko Madrid” klubu ilə danışıqlar aparır. İddialara görə, müdafiəçi Madrid təmsilçisi ilə razılıq əldə etməyə yaxındır. Bildirilir ki, müdafiəçinin “Lester Siti” ilə müqaviləsi mövsüm sonunda başa çatır. “Atletiko Madrid” futbolçunu azad agent kimi transfer edə bilər. Həmçinin qeyd edilir ki, “Atletiko Madrid” cüzi məbləğ ödəyərək futbolçunu daha tez yəni mövsüm arasında heyətinə qata bilər.

Qeyd edək ki, Çağlar Söyüncü ilə Avropanın bir neçə nəhəng klubu da maraqlanır.