Direktor qəzada ölən yeniyetmə bacılardan yazdı:

Xəbər verdiyimiz kimi, dekabrın 20-də axşam saatlarında Xəzər rayonu ərazisində baş vermiş ağır yol qəzasında iki yeniyetmə bacı vəfat edib.

Metbuat.az xəbər verir ki, yeniyetmə bacılar - Lütfəlizadə Zalina və bacısı Lütfəlizadə Aminə 262 saylı orta məktəbin şagirdləri olub. Onların hər ikisi əlaçı olub. Məlumata görə, qəzada yaralanan anaları da bağça müəlliməsidir.

Məktəbin direktoru Kəmalə Babayeva vəfat edən şagirdləri ilə bağlı paylaşım edib: "Baş vermiş hadisə məktəbimizin kollektivini çox sarsıtdı. Zalinaya birinci və axırıncı dərsləri mən keçdim. Mən yola saldım Zalinanı sinifdən. Təsadüfən... Həmişəki kimi aktiv idi dərsdə, hətta lövhədə testləri də işlədi. Amma bircə şey fərqli idi Zalinada bu gün - ( qəzanın baş verdiyi gün - red) həmişə taxdığı və ona çox yaraşan ağ bantını taxmamışdı. Məkanın cənnət olsun, cənnət mələyimiz", - deyə o qeyd edib.

Xatırladaq ki, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə, Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri 13 yaşlı Lütfəlizadə Əminə Əhməd qızı və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Lütfəliyeva Nigar Elbrus qızı və İsmayılova Ülviyyə Eldar qızı isə xəsarət alıb.

Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan 5 nəfər sərnişin – Babayeva İradə Quli qızı, Babayeva Xatirə Babakişi qızı, Hüseynova Nayibə Ağaraza qızı, Babayeva Göyərçin Arif qızı və Zeynalova Təranə Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR