Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevdən hansı yolla ayrılaraq ABŞ-a səfər etdiyi məlum olub.
Metbuat.az xəbər verir ki, müharibə başlayandan sonra ilk dəfə xaricə gedən Zelenskinin səfəri üçün xüsusi plan hazırlanıb. Məlumata görə, onu mühafizə etmək üçün ABŞ və NATO-nun təyyarələri səfərbər edilib. Cəsus təyyarələri Ukrayna liderini müşayət edib. Bildirilir ki, Zelenski əvvəlcə Polşaya keçib. Vaşinqton tərəfi Zelenskini ABŞ-a gətirmək üçün təyyarə göndərib. Lakin təyyarənin Rusiya hərbi gəmilərinin olduğu Şimal dənizi yaxınlığından keçəcəyini nəzərə alan Almaniya Zelenskini qorumaq üçün cəsus təyyarəsi göndərib.
Ukrayna Prezidenti İsveçin hava məkanına çatana qədər onu F-15 təyyarələri də müşayət edib.