Avropanın nəhəng klubları “Borussiya Dortmund”un 19 yaşlı futbolçusu Cud Bellingem üçün mübarizə aparır.

Metbuat.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb. Məlumata görə, “Mançester Siti”, “Çelsi”, “Liverpul”, “Real Madrid” və digər klublar yarımüdafiəçini transfer etməyə çalışır. Futbolçunun hazırda bazar qiymətinin 100 milyon funt sterlinq olduğu bildirilir. Hazırda “Real Madrid” klubunun futbolçunu transfer etmək üçün daha iddialı olduğu qeyd edilib.

Futbolçunun özü isə hələlik hansı klubda oynayacağı barədə yekun qərarını verməyib.