Azərbaycanda "Təhsil haqqında" qanunun yenilənməsi təklif olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanunun yenilənməsi təklif olunub.

Metbuat.az xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı çıxış edib.

"Təklif edirəm ki, növbəti sessiyaya qədər "Təhsil haqqında" qanun yenidən işlənilsin. Bugünkü qanun 15 il müzakirə olundu, 1996-cı ildən başlayaraq 2009-cu ilə qədər ən müxtəlif platformalarda tənqid olunmasına baxmayaraq, qəbul edildi, amma təhsildə hansısa inkişafın şahidi olmadıq. Bu gün "Təhsil haqqında" qanun Azərbaycan təhsilində buxov rolunu oynayır. Kifayət qədər arqument gətirmək olar", - deyə o qeyd edib.

Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, növbəti sessiyada bu barədə böyük dinləmə keçirilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR