Ramos, Kante, Ronaldo... - Hamısı bir klubda görüşür /

Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, "Əl-Nəsr" 36 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir.Klub yayda təcrübəli oyunçu ilə müqavilə imzalamaq niyyətindədir. Ramosun parislilərlə sözləşməsi 2023-cü ilin iyununda başa çatacaq.

Qeyd edək ki, "Əl-Nəsr"in Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu heyətinə qatacağı gözlənilir. Səudiyyə Ərəbistanı təmsilçisi İngiltərə "Çelsi"sində çıxış edən N Qolo Kante ilə də maraqlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR