İspaniya məhkəməsi Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo barəsində həbs qərarı çıxarıb.
Metbuat.az xəbər verir ki, ona vergidən yayındığı üçün 23 aylıq cəza verilib.
Ancaq İspaniya qanunlarına əsasən həbs müddəti iki ildən az olduğu üçün Ronaldo pul cəriməsi ilə canını qurtaracaq. O, 3,57 milyon avro ödədiyi təqdirdə cəzadan qurtula biləcək.
Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" klubu ilə müqaviləsini ləğv edən Kriştiano hazırda klubsuzdur.