Yeni ilə ilk və son hansı ölkələr qədəm qoyacaq?

2023-cü ilin gəlməsinə artıq 24 saat qalıb. Lakin bu, hər ölkəyə aid deyil. Bir çox dövlətlər Yeni ilə fərqli vaxtlarda girirlər.

Bəs 2023-ə ilk və son daxil olacaq ölkələr hansılardır?

Metbuat.az “Qafqazinfo”ya istinadla yeni ilə ilk və son daxil olacaq ölkələri təqdim edir:

Dünyada yeni ilə daxil olan ilk yer Sakit Okeanın ada ölkələri, Samoa və Kiribatidir.

Bu ölkələr Bakı vaxtı ilə saat 12:00-da Yeni ilə girəcəklər.

Yeni Zellandiya saat 14:00-da 2023-ə qədəm qoyacaq.

Avstraliya 17:00-da Yeni ilə keçid edəcək.

Çin 20:00-da 2023-cü ilə daxil olacaq.

Rusiya bir neçə saat diliminə daxil olmasına baxmayaraq Yeni ilə 21:00-da qədəm qoyacaq.

İndoneziya da eyni ilə 21:00-da Yeni ilə daxil olmuş olacaq.

Tayland, Çibuti və Viyetnam da 21:00-da Yeni ilə daxil olacaqlar.

Banqladeş 22:00-da Yeni ili qarşılayacaq.

Əfqanıstan 23:30-da Yeni ilə qədəm qoyacaq.

Fransa gecə 03:00-da Yeni ili gec qarşılayan ölkələrdən olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR