"Barselona"nın oyununda türk futbolçu ayaq üstə alqışlandı -

La Liqanın 16-cı turunda keçirilən "Atletiko"- "Barselona" oyununu keçmiş türkiyəli futbolçu Arda Turan da stadiondan izləyib.

Metbuat.az xəbər verir ki, azarkeşlər türk futbolçunu sevgi ilə qarşılayıblar. Azarkeşlər onu ayaq üstə alqışlayıb.

Qeyd edək ki, Ardan Turan həm "Atletiko"da, həm də "Barselona"da çıxış edib.

Oyun Kataloniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR