"Beşiktaş"ın ulduz futbolçusu Avropa nəhənginə keçir

“Beşiktaş”ın hücumçusu Vaut Veqxorst “Mançester Yunayted”ə keçmək barədə qərar verib.

Metbuat.az xəbər verir ki, icarə əsasında “Beşiktaş”da oynayan futbolçunun qərarı Türkiyə klubunu çətin vəziyyətə salıb. “Beşiktaş” klubu futbolçunun meneceri ilə görüşərək hücumçunu fikrindən yayındırmaq istəsə də, uğur əldə edə bilməyib. Məlumata görə, müqavilə ilə “Börnli” klubuna məxsus olan futbolçu başqa kluba keçmək üçün əvvəlcə “Beşiktaş” klubu ilə razılığa gəlməlidir. “Beşiktaş” “Börnli”dən futbolçunun transferindən əldə edəcəyi məbləğdən pay istəyir. Vaut Veqxorstla Almaniya və İtaliya klublarının da maraqlandığı deyilir.

“Beşiktaş” Vautun əvəzinə Kriştiano Ronaldonun “Əl-Nəsr”ə transfer olmasından sonra klubdan ayrılması gündəmə gələn Vensan Abubakarı transfer etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR