Qubadan Bakıya gələn avtobus aşdı -

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində keçən hissəsində qəza olub.

Metbuat.az xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus yolun buz bağlaması səbəbindən aşıb.

Belə ki, qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb. Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR