Dostəliyevanın ağır vəziyyətdə görüntüləri sevənlərini üzdü -

Xalq artisti Nazpəri Dostəliyevanın xəstəxanaya yerləşdirilən bacısı Zeynəb Dostəliyevanın görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, ATV kanalında yayımlanan "A-dan Z-yə" verilişi xəstəxanadan reportaj hazırlayıb. Bacısının ağır vəziyyətdə olduğunu deyən Xalq artisti efirdə göz yaşlarına hakim ola bilməyib.

"İstər bacılarım, istərsə də qardaşlarım valideynlərimin yadigarıdır" , - müğənni bildirib.

Məlumat üçün bildirək ki, Zeynəb Dostəliyevanın ciyərləri və böyrəyi fəaliyyətini itirdiyi üçün onun qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR