Fevralın 6-da mərkəzi Türkiyənin Kahramanmaraş şəhəri olan zəlzələdə Hataylı 64 yaşlı Nəcib də zərər görüb.
Metbuat.az xəbər verir ki, xoşbəxtlikdən o, zəlzələdən canını qurtara bilib.
Hadisədən sonra qızının evinə - Kütahyaya köçən Nəcib həyatının faciəsini yaşayıb.
Belə ki, o, bu gün qızının yaşadığı binada çıxan yanğından zəhərlənib. 64 yaşlı kişi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
