İlon Mask futbola keçdi:

Dünyanın ən zəngin iş adamlarından olan İlon Mask uşaqlıqdan bəri azarkeşi olduğu “Mançester Yunayted” klubunu almaq istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Bildirilir ki, İlon Mask Qleyzer ailəsinin satışa çıxardığı “Mançester Yunayted”i almaq üçün son tender gününü gözləyir.

Qeyd edək ki, milyarder hələlik Premyer Liqanın nəhəngini almaq istəməsi ilə bağlı açıqlama verməyib. Lakin onun yaxınları İlon Maskın çox istəkli olduğunu iddia ediblər. Məlumata görə, 197 milyard dollar sərvəti olan İlon Mask “qırmızı şeytanlar” üçün 4,5 milyard funt sterlinq təklif edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR