Obameyanq, Zaniolo, Di Maria... -

“Fənərbaxça” “Çelsi”nin futbolçusu Pyer-Emerik Obameyanqı transfer etmək üçün danışıqlara başlayıb.

Metbuat.az “Ntvspor”a istinadən xəbər verir ki, “Fənərbaxça” hücumçudan müsbət cavab alıb. Məlumata görə, futbolçunun razılığını alan Türkiyə təmsilçisi “Çelsi” ilə danışıqlar aparır. Futbolçunun icarə əsasında kluba cəlb edilməsi gündəmdədir.

“Çelsi” hücumçunun 5 milyon avro olan məvacibinin “Fənərbaxça” tərəfindən ödənilməsini tələb edir. Türkiyə təmsilçisi bu məbləğin yarısını ödəməyə hazırdır.

Türkiyə mətbuatının məlumatına görə, xüsusilə “Qalatasaray”ın Nikolo Zaniolo kimi ulduz futbolçunu transfer etməsi və Anxel Di Marianı da transfer etməyə yaxın olması “Fənərbaxça”nı iddialı futbolçu axtarışına sövq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR