Arda Turan bu millinin baş məşqçisi olur

Türkiyənin keçmiş futbolçusu Arda Turan məşqçilik fəaliyyətinə başlayır.

Metbuat.az xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb. Bildirilir ki, Arda Turan 21 yaşa qədər futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, bundan əvvəl Arda Turanın adı “Konyaspor” klubu ilə hallanmışdı. 35 yaşlı Arda ötən ilin dekabrında Burak Yılmaz, Semih Kaya, Gökhan Gönül və Mehmet Topal ilə Türkiyə Futbol Federasiyasının Antalyada keçirilən UEFA A və B Lisenziyalı Məşqçilik kursuna qatılıb.Arda Turan əvvəlki açıqlamasında baş məşqçi olacağı təqdirdə fikrindəki oyun tərzi barədə belə demişdi:

"Məqsədi və layihəsi olan komanda ilə başlaya bilərəm. Hansı oyunu oynamaq istədiyimə qərar verməmişəm. "Barselona" və "Siti" klublarının oyun tərzini keyfiyyətli oyunçularla oynamaq lazımdır. Məncə, bu oyun tərzi Türkiyə üçün uyğun deyil. Mən daha çox işin real tərəfinin tərəfdarıyam. Mən birbaşa oynamağın tərəfdarıyam”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR