"Qarabağ"ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçuları arasında

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Metbuat.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı İtaliya "Fiorentina"sından Luka Yoviç, Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və Türkiyənin "Trabzonspor" komandasından Trezege bu ada iddia edir.

Yankoviç Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.

Qeyd edək ki, "Qarabağ" və "Gent" komandaları arasındakı cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR