Onları çox tez

2023-cü ilin ilk iki ayını geridə qoyduq. Cari ilin ötən aylarında demək olar ki, ölkədə ağır hadisələrlə yadda qaldı.

Metbuat.az onların bəzilərini xatırladır:

Azərbaycan Respublikasının Əməkdar artisti, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra yanvarın 22-də 49 yaşında vəfat edib.

Yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Daha iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev fevralın 4-də 42 yaşında vəfat edib. Məlumata görə, C.Allahverdiyevin vəfatına onun səhhətində yaranan ani narahatlıq səbəb olub.

Fevralın 5-də isə Xalq artisti Nazpəri Dostəliyevanın bacısı müğənni Zeynəb Dostəliyeva vəfat edib. Mərhum ölümündən bir neçə gün əvvəl qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi.

Fevral ayının 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən güclü zəlzələ nəticəsində qardaş ölkədə təhsil alan 4 tələbəmiz dağıntılar altında qalaraq həlak olub. Onlar Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə idi.

Qeyd edək ki, ümumilikdə zəlzələ nəticəsində 8 Azərbaycan vətəndaşı həlak olub.

Fevral ayının 21-də isə Xalq artisti Ramiz Novruz vəfat edib. Xərçəng xəstəliyindən əziyyət aktyor 67 yaşında dünyasını dəyişib.

Fevralın 28-də gənc jurnalist, media üzrə tanınmış mütəxəssis Ellada Mustafayeva vəfat edib. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri olan 34 yaşlı Mustafayeva olan uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Cari ildə ölümü ilə hər kəsi yasa boğan Hacı Şahin Həsənli isə ötən gün - martın 2-də ürəktutmasından vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR