Arda Turandan böyük jest -

Türkiyənin keçmiş futbolçusu Arda Turan Türkiyədə zəlzələlərdən zərər çəkənlər üçün təşkil edilən matçda meydana çıxacaq.

Metbuat.az xəbər verir ki, matç Marmarisdə təşkil ediləcək. Bildirilir ki, Zəlzələlərdən zərər çəkən yüzlərlə sakin müvəqqəti olaraq Marmarisə yerləşib. Marmarisin həvəskar futbol klublarından olan “Marmaris 1923 spor”un futbolçuları ilə zəlzələdən zərər çəkən gənclər arasında xeyriyyə matçı təşkil ediləcək.

Məlumata görə, Arda Turan da bu oyunda forma geyinəcək. Oyuna giriş pulsuz olacaq. Azarkeşlərin özləri ilə gətirəcəyi toplar, oyuncaqlar, idman vasitələri zəlzələlərdən zərər çəkən sakinlər üçün toplanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR