"Mən gələndə artıq gec idi" -

Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu, Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, müğənni aktyorun anım günü olduğunu vurğulayıb:

"Rafael, heyf sən xəstəxanaya düşəndə Bakıda deyildim. Gələndən sonra əlimizdən gələni etdik. Amma gec oldu".

Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR