“Qarabağ” növbəti qələbəsini qazandı -

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” komandası “Şamaxı”nı qəbul edib. Qarşılqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Tovuz təmsilçisinin heyətində Runi Eva, rəqib komandadan isə Fuad Bayramov fərqləniblər.

Hazırda “Turan Tovuz” 29 xalla turnir cədvəlinin altıncı pilləsində yer alır. Aktivində 21 xalı olan “Şamaxı” isə doqquzuncu yerə yüksəlib.

Tura “Qarabağ” – “Kəpəz” matçı ilə yekun vurulub. “Azərsun Arena”da oynanılan matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. “Qarabağ”ın qollarını Abdullah Zubir, Riçard Almeyda və Leandro Andrade vurublar. “Kəpəz”in heyətində isə Yeqor Xvalko adını tabloya yazdırıb.

Xallarının sayını 77-ə çardıran “Qarabağ” turnir cədvəlində birinci pillədəki mövqeyini möhkəmlədib. Gəncə klubu isə 25 xalla yeddincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" evdə "Zirə"ni , "Səbail" "Sabah"ı 2:1, "Neftçi" isə səfərdə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR