Heç eşitmədik ki, Tarif Şurası qiymətləri aşağı salsın -

"Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Tahir Kərimli deyib.

Deputat Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif edib. Bildirib ki, əgər mümkünsə, bütün əhaliyə, yox, əgər mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın: “Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər”.

T.Kərimli Tarif Şurası ilə bağlı iradını bildirib: "Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR