Arda Turanın karyerası uğursuz başladı

Türkiyə Spor Toto 1-ci liqasının 33-cü həftəsində “Göztepe” və “Eyüpspor “komandaları üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Arda Turanın baş məşqçi təyin olunmasından sonra ilk oyununa çıxan “Eyüpspor” məğlub olub. “Göztepe” 20-ci dəqiqədə Marko Kvasinanı qolu ilə önə keçib. Üstünlüyünü qoruyan “Göztepe” 3 xalla meydanı tərk edərək liqada ardıcıl altıncı qələbəsini qazanıb. Bu nəticədən sonra "Göztepe" xalını 53-ə yüksəldib, "Eyüpspor" isə 57 xalda qalıb. Son 4 turda bir dəfə qələbə qazanan "Eyüpspor" 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Arda Turan ilk dəfədir baş məşqçi təyin olunur. Onun ilk klubu “Eyüpspor”dur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR