Piyada keçidində baş verən qəza ölümlə nəticələndi -

Aprelin 24-də Qara Qarayev prospektində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev feysbuk hesabında paylaşım edib.

Görüntülərdə görünür ki, telefonla danışan zaman piyada keçidindən istifadə edən piyadanı yüksək sürətlə hərəkət edən maşın vurub. Nəticədə piyada aldığı xəsarətdən yerindəcə ölüb.

Həmin videonu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR