"Real"a gedəcəyi gözlənilirdi, sürpriz seçim etdi

PSJ prezidenti Nasser Xhelaifi "Tottenhem"in futbolçusu Harri Keyni transfer etməkdə qərarlıdır.

Metbuat.az xəbər verir ki, PSJ-nin iddialı təklifindən sonra "Mançester Yunayted" Harri Keyni transfer etmək yarışından imtina edib. Keynin müqaviləsinin bitməsinə 1 il qaldığı üçün "Tottenhem" onu indi satıb gəlir əldə etmək istəyir. “Le Parisien”in məlumatına görə, PSJ Lionel Messinin klubdan getməsindən sonra Kilian Mbappenin də müqaviləsinin gələn il başa çatacağını nəzərə alaraq, diqqəti yeni hücumçu almağa yönəldib.

Məlumata görə, PSJ Keyni transfer etmək üçün 100 milyon funt sterlinq ödəyə bilər. Harri Keynin transferə razılıq verdiyi irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl "Real Madrid" klubu Harri Keyni transfer etməyə çalışsa da, maliyyə şərtlərinə görə geri çəkilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı