Əsir saxlanılan Hüseynlə bağlı QƏRAR VERİLDİ

Ermənistanda əsirlikdəolan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə həbs edilib.

Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Hüseyn Axundov o, Zəngəzur mis-molibden kombinatının gözətçisini "qətlə yetirməkdə təqsirləndirilib".

Qeyd edək ki, bundan öncə onunla birlikdə əsir düşən hərbçimiz Aqşin Bəbirov 11,5 il azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı