Ədəbsiz qələbə sevincinə görə idmançıya ağır cəza - FOTO

Dublindəki “Kingpyn” şousunda boksçu Danielle Hemsleyin qələbəsini ədəbsiz formada qeyd etməsi müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, o, Aleksandra Daniel qələbədən sonra üzərindəki paltarını soyunaraq bədənini nümayiş etdirib. Görüntülər canlı yayımlanıb. “Kingpyn Boxing” məşhur boksçunun sevinc nümayişini bağışlamayıb və onun turnirin finalından kənarlaşdırıldığı açıqlanıb.

"Döyüşdən sonrakı hadisənin bəzi izləyiciləri narahat edə biləcəyini etiraf edirik. Çünki azarkeşlərə mümkün olan ən yaxşı boksu təqdim etməyə çalışırıq və bu hadisənin “Kingpyn”də gözlənilən standartlara cavab vermədiyini bildiririk. Yayımı izləyən hər kəsdən üzr istəyirik” – açıqlamada deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR