Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.1% və ya 0.93 dollar azalaraq 83.37 ABŞ dolları ticarət edilib.

        Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.


        Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
        0552252950 (Whatsapp)

        BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

        Media Savadlılığı