Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirildi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən avqustun 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonların sakinləri ilə görüşün tarixi avqustun 4-nə dəyişdirilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yaşadıqları ərazinin polis orqanına, habelə Daxili İşlər Nazirliyinin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə avqustun 3-dək müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı