Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub.
Bu barədə Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzildə 1 ədəd televizor, 1 ədəd televizor stenti, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və pərdə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.