Paraqvaylı oyunçu "Neftçi"də - Bu qədər qazanacaq

«Neftçi»nin növbəti transferinin adını bu gün açıqlaması gözlənilir.

Metbuat.az "Sportinfo.az"a istinadən bildirir ki, iki gündür Bakıda olan Dieqo Valdez Samudio artıq tibbi baxışdan uğurla keçib. Paraqvaydan olan legionerlə 2+1 illik müqavilə imzalanması nəzərdə tutulub. 2019-cu ildən bəri ölkəsinin əsas yığmasına çağırılan yarımmüdafiəçinin ilk mövsümdə qazancı 200 min dollar civarında olacaq.

29 yaşlı cənubi amerikalının gəliri növbəti illərdə 300 min dollaradək yüksələcək.

O, orta sahənin bütün nöqtələrində oynaya bilmək kimi mühüm üstünlüyə malikdir. “Rubio Nu”nun yetirməsi yeniyetməlik illərini “Herreros Bueno” və “Deportivo Kapiatá”da keçirib.

2016-cı ildə ilk peşəkar müqaviləsini “Sportivo San Lorenzo” ilə imzalayıb. 3 il sonra “Atlétiko San Luis”ə üz tutub və növbəti.sezonda icarə əsasında “Sol de Amérika”da forma geyinib.

2022-ci ildən bəri “Quaranı”nin sıralarında yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı