"Qarabağ" qruplar üçün iştirak ərizəsini AÇIQLADI

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Baş məşqçi Qurban Qurbanov heyətə 25 futbolçunun adını daxil edib. Komandadan ayrılacağı gözlənilən fransalı hücumçu Adama Diakabinin adı heyətdə yoxdur.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Patrik Andrade, Nihad Quliyev

Hücumçular: Hamidu Keyta, Juninyo, Redon Cica, Nəriman Axundzadə

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində, "Bayer" (Almaniya), "Hekken" (İsveç) və"Mölde" (Norveç) ilə mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR