Ançelotti və Peres arasında Arda ilə bağlı fikir ayrılığı

“Real Madrid”in futbolçusu Arda Güler “Real Betis”, “Sevilya” və “Milan” kimi klublardan təkliflər alıb.

Metbuat.az xəbər verir ki, təklif irəli sürən klublar Arda Güleri icarəyə götürmək istəyir. İspaniya mediasının məlumatına görə, “Real Madrid” prezidenti Florentino Peres futbolçunun icarə verilməsini istəsə də, baş məşqçi Karlo Ançelotti razılıq verməyib.

İddialara görə, Florentino Peresin Ardanın xüsusilə “Sevilya” klubuna icarəyə verilməsini istəyir. “Sevilya”nın Arda Güler üçün israr etdiyi və onu oynamaq zəmanəti ilə icarəyə götürmək istədiyi xüsusilə vurğulanıb.

Qeyd edək ki, Arda Güler zədəli olduğu üçün hələlik heyətdə yer almır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR