UEFA Ermənistan Futbol Federasiyasına intizam işi AÇDI

UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.

Metbuat.az xəbər verir ki, buna Avropa çempionatının İrəvanda keçirilən Ermənistan–Xorvatiya oyununda xoşagəlməz hadisələr səbəb olub.

Federasiya stadionda ictimai keçidlərin bağlanmasında, oyun zamanı siyasi və təxribat xarakterli mesajların verilməsində günahlandırılır.

Həmçinin qarşılaşmada pirotexniki vasitələrdən istifadə edilib və matç vaxtında başlamayıb.

Qeyd edək ki, Ermənistanın Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu görüşündə dronla qondarma rejimin əski parçası da qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı