Vacib oyundan əvvəl qəribə hadisə - Futbolçuları hava limanında unutdular

İspaniya La Liqasında keçirilən "Sevilya" - "Las Palmas" oyunundan əvvəl maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, "Las Palmas"ın 17 futbolçusu "Sevilya" ilə matçdan əvvəl hava limanında unudulub. Məlumata görə, futbolçular qəhvə içmək üçün bir arada olarkən, onları aparmalı olan təyyarə havaya qalxıb.

"Las Palmas"ın bəzi futbolçuları təyyarədə olsa da, 17 futbolçu hava limanında unudulub. Geridə qalan futbolçular bu qəribə hadisədən xəbər tutanda heyrətə gəliblər. Bildirilir ki, klub bələdçisi sonrakı səfərlə oyunçuların “Sevilya”yaya uçuşunu təmin edib.

Qeyd edək ki, oyun “Sevilya”nın 1-0 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı