Şəhid olan polis dəfn edildi - FOTO

Azərbaycan Ordusu tərəfindən erməni separatçılarına qarşı Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində ağır yaralanaraq şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polisi Əzizbəy Etibar oğlu Muradov Sabirabadda dəfn edilib.

Metbuat.az xəbər verir ki, şəhidin nəşi izdihamla qarşılanıb və doğulub boya-başa çatdığı Sabirabad rayonunun Ulacalı kəndindəki evə gətirilib.

Cənazə namazı qılınaraq şəhidlə vida mərasimi olub və şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi Ulacalı kənd qəbirstanlığına gətirilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon rəhbərliyi, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi torpağa tapşırılıb və üçrəngli Azərbaycan bayrağı atasına təqdim olunub.

Qeyd edək ki, Əzizbəy Muradov İkinci Qarabağ müharibəsinin də iştirakçısı olub və döyüşlərdə göstərdiyi şücaətə görə "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı