"Qarabağ" "Çelsi" və "Qalatasaray"ı qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Metbuat.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 414 komanda yer alıb. Onların arasında Azərbaycandan "Qarabağ", "Sabah" və "Neftçi" də var.

"Qarabağ" 144,5 xalla 61-ci sırada qərarlaşıb. Komanda ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Azərbaycan çempionu Fransanın "Monako", İngiltərənin "Çelsi", "Tottenhem", Türkiyənin "Qalatasaray" kimi klublarından öndədir.

Bundan əvvəlki cədvəldə 286-cı olan "Sabah" hazırda 302-ci pillədə qərarlaşıb. "Futurislər"in 63,5 xalı var. "Neftçi" isə 7 pillə geriləyib. "Ağ-qaralar" 61,75 xalla 318-ci sırada yer alıb.

Siyahıya 304 xalla "Mançester Siti" liderlik edir. “Real” 291 xalla 2-ci, “İnter” 254 xalla 3-cüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı