“Napoli"nin ulduz hücumçusu Viktor Osimhen üçün transfer iddiası irəli sürülüb.
Metbuat.az xəbər verir ki, mövsümün fasiləsində hücumçu “Çelsi”yə transfer ola bilər. Bildirilir ki, "Napoli"nin tarixi çempionluğunun aparıcı futbolçularından olan Viktor Osimhen özü də klubdan getmək istəyir. “Çelsi”nin 24 yaşlı hücumçu üçün hərəkətə keçdiyi deyilir. ESPN-in məlumatına görə, “Çelsi” “Napoli”nin tələb etdiyi transfer məbləğini ödəmək üçün büdcə də ayırıb. “Napoli”nin 120 milyon avro tələb etdiyi irəli sürülür. Həmçinin bildirilib ki, “Napoli” Osimheni azı mövsümün sonuna qədər saxlamaq niyyətindədir və müqaviləsi 2025-ci ildə başa çatacaq futbolçu ilə yeni müqavilə danışıqlarını davam etdirir.
Qeyd edək ki, “Real Madrid”in də Viktor Osimhen üçün hərəkətə keçdiyi deyilir.