Azərbaycan I Liqasında futbolçular meydana çıxmaqdan imtina etdilər

Futbol üzrə Azərbaycan I Liqasının IV turunda keçirilməli olan "İmişli" - "İrəvan" oyunu baş tutmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

PFL rəsmisi qonaq komandanın meydana çıxmadığını söyləyib.

Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Qeyd edək ki, "İrəvan" futbolçuları maaş ala bilmədikləri üçün görüşü boykot ediblər. Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı