“Real Madrid” azarkeşlərinin meydana çıxacağı günü səbirsizliklə gözlədiyi Arda Gülerin “Sevilya” matçının heyətində yer alacağı gözlənilmir.
Metbuat.az xəbər verir ki, “Real Madrid” İspaniya La Liqasının 10-cu həftəsində səfərdə "Sevilya" ilə oynayacağı matçın hazırlıqlarını davam etdirir. Məlumata görə, həftənin üçüncü məşqinə futbolçular isinmə hərəkətləri və rondolarla başlayıb, daha sonra futbolçular kiçik meydançada topa sahiblik və pressinq məşqləri ediblər. Məşq qol vurma məşqi ilə başa çatıb. İki gündür komanda ilə məşq edən və "Sevilya" matçının heyətində yer alacağı haqda xəbərlər yayılan Arda Güler məşqdə iştirak etməyib.
Klubdan verilən açıqlamada Arda Gülerin komandadan ayrı məşq etdiyi bildirilib.