Derbi oyununda "Milan"da qapıçı problemi - Əsas qolkiperlər sıradan çıxıb

"Milan"ın "Yuventus"u qəbul edəcəyi derbi matçı öncəsi qapıçı problemi ilə üzləşib.

Metbuat.az xəbər verir ki, A Seriyasının 9-cu həftəsində keçiriləcək derbi qarşılaşmasında “Milan”ın heyətində Mayk Maynyan cəzalı, Sportiello isə zədəli olduğu üçün matçda iştirak edə bilməyəcək. “Milan” buna görə də üçüncü qapıçı Antonio Miranteyə şans verəcək.

Qeyd edək ki, 40 yaşlı Antonio Mirante “Milan”da hələki əsas heyətdə meydana çıxmayıb. Mirante sonuncu dəfə 6 may 2021-ci ildə “Roma”nın heyətində “Mançester Yunayted”ə qarşı start 11-də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı