Şahbuzda su anbarında meyit tapıldı

Şahbuz rayonu ərazisində yerləşən su anbarında meyit aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında meyit aşkarlanıb.

Qeyd edilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri nəqliyyat yolu olmayan əraziyə cəlb olunub.

Meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyatı üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı