"Real"dan Ardaya üzücü xəbər - Heyətdə yer almayacaq

“Sevilya” ilə matçın heyətinə daxil edilməyən “Real Madrid”in futbolçusu Arda Güler "Braqa" ilə matçının heyətində də yer almayıb.

Metbuat.az xəbər verir ki, zədəsini sağaldan “Sevilya” ilə oyunun heyətində yer alacağı deyilən Ardanın Çempionlar Liqası çərçivəsində oynanılacaq “Braqa” ilə matçın heyətində də yer almaması futbolçunu üzüb.

Qeyd edək ki, baş məşqçi Karlo Ançelotti Ardanın hələ hazır olmadığını bildirmişdi. Onun sözlərinə görə, Arda Güler yaxşı formada olsa da, tam hazır deyil. Arda Güler “Real Madrid”in heyətində iki dəfə zədələndiyi üçün hələlik əsas heyətdə yer almayıb. Xarici KİV-lərin iddiasına görə, “Real” əvvəlcə futbolçuya “Sevilya” ilə matçın heyətində yer alacağını bildirsə də, o heyətə daxil edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR