"Qarabağ Azərbaycana məxsusdur" - Lavrov

Ermənistan-Azərbaycan münaqişəsi böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Lavrov qeyd edib ki, münasibətlərin tam normallaşdırılması üçün ilk növbədə, sülh müqaviləsinin hazırlanması, delimitasiya və nəqliyyat-iqtisadi əlaqələrin qurulması addımları qalır:

“İndi Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması ilə bağlı praktiki addımların atılması qalır. Hər şeydən öncə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və hansısa maneə olmadan nəqliyyat və iqtsadi əlaqələrin qurulması qalır.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair bu aspektlər birbaşa olaraq “3+3” formatında müzakirə olunmur. Tərəflərin razılaşdığı kimi bunun üçün ayrıca kanallar var. Rusiya bütün bu proseslərdə əlaqələndirici rolunu oynayır. Lakin “3+3” platforması özü-özlüyündə Azərbaycan və Ermənistanın iştirak etdiyi digər əlavə platformalar kimi Bakı ilə İrəvan arasında qalan problemləri həll etməyə obyektiv kömək edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı