Mbappenin anası aranı qarışdırdı - Oğlum ancaq "Milan" deyirdi

UEFA Çempionlar Liqasında oynanılacaq Milan - PSJ matçından əvvəl PSJ-nin ulduzu Mbappenin anası diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, "La Gazzeta dello Sport"a danışan Fayza Lamari oğlu Mbappenin kiçik yaşlarında “Milan” azarkeşi olduğunu deyib. Fayza Lamari müsahibəsində“Oğlum evə gələndə ancaq “Milan” haqqında danışardı. Əgər uduzsalar, pultu televizora atıb italyan dilində təhqirlər səsləndirirdi. O, həmişə Milan formasını geyinirdi" deyə bildirib.

Qeyd edək ki, Fayza Lamari Kilian Mbappenin transfer işləri ilə məşğul olur. Mbappenin “Real Madrid”ə transfer olmaq istədiyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı