Şahramanyana İctimai TV-də efir vaxtı verilmədi

Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyan İrəvanda yaxın zamanda çıxış edə bilər.

Metbuat.az bu barədə “Hraparak” yazıb. Nəşr qeyd edib ki, Samvel Şahramanyan uzun müzakirələrdən sonra susqunluq andını pozmaq və yaxın günlərdə bir sıra məsələlərə aydınlıq gətirmək qərarına gəlib: "Format artıq müəyyən edilib, müsahibə olacaq, lakin İctimai televiziyada olmayacaq”.

Bildirilib ki, Şahramanyana İctimai TV-də efir vaxtı verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı