Ançelottidən Arda ilə bağlı sürpriz qərar - "El Klasiko"da olacaq

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülerin "Barselona"ya qarşı keçiriləcək "El Klassiko" üçün heyətə daxil edilib-edilməməsi ilə bağlı son qərarı verib.

Metbuat.az xəbər verir ki, zədəsini sağaltmasına baxmayaraq “Sevilya” və “Braqa” matçının heyətinə düşə bilməyən Arda “Barselona” ilə oyunun heyətində yer alacaq. İddia edilir ki, Arda Güler "Barselona"ya qarşı oynamayacaq, lakin komandanın "Barselona" səfərində iştirak edəcək. Xəbərdə Ançelottinin gənc futbolçunun bu çətin futbol atmosferinə alışmasını istədiyi bildirilib.

Qeyd edək ki, Ançelotti əvvəlki açıqlamasında bildirib ki, Arda Güler La Liqanın 12-ci turu çərçivəsində “Rayo Valyekano” ilə keçiriləcək qarşılaşmada heyətdə yer alacaq. İspaniya mediasının məlumatına görə, Arda Güler start heyətdə meydana çıxmayacaq. Baş məşqçi Ançelotti Ardaya ikinci hissədə şans verə bilər.

Qeyd edək ki, bu oyun noyabrın 6-da “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR