Regionda əsas mövzulardan biri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlardır.
Metbuat.az xəbər verir ki, Azərbaycan öz ərazi bütövlüyün təmin edəndən sonra iki ölkənin xalqları dinc və yanaşı yaşamaqdan danışırlar. "Baku tv"nin əməkdaşı İrəvanda yaşayan erməni sakini ilə telefon əlaqəsi yaradaraq, onunla söhbət edib. İrəvan sakini Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yaxşı baxdığını ifadə edib.